XİN başçısı: "Sülh müqaviləsi ilə bağlı irəliləyişlər əldə edilib"

"Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində işlər davam etdirilir. Bununla bağlı müxtəlif istiqamətlərdə müsbət inkişaflar olub. Bu ilin aprelində ilk dəfə olaraq iki ölkə arasında dövlət sərhədinin müəyyən hissəsinin delimitasiyasının və demarkasiyasının həyata keçirilməsini qeyd etmək olar"

E-huquq.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.

"Sülh müqaviləsi üzrə çoxsaylı fiziki görüşlər həyata keçirilib. Həmçinin mətn üzrə mübadilələr davam etdirilib. Burada baxmayaraq ki, açıq suallar hələ də var, lakin bəlli irəliləyişlər əldə edilib", - deyə nazir bildirib.

Şəbnəm Mehdizadə