- 15:11 | 12.12.2024
- Dünya
Kanadada evtanaziya yolu ilə həyatına son qoyanların sayı 5 faizə yaxınlaşıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Kanadanın Səhiyyə Nazirliyinin hesabatında evtanaziya tələb edən insanların etnik mənsubiyyətinə dair məlumatlar yer alıb.
Hesabata əsasən, 2023-cü ildə təqribən 15 300 insan evtanaziya yolu ilə həyatına son qoyub və bu rəqəm ölkədəki ümumi ölümlərin 4,7 faizini təşkil edib. Belə ki, evtanaziya əvvəlki ilə nisbətən 16 faiz artıb.
Evtanaziya tələb edənlərin 96 faizi ölümü qaçılmaz olan xəstələr olub. Qalan 4 faiz isə xroniki xəstəliklər səbəbindən bu yola əl atıb.
Evtanaziya yolu ilə həyatına son qoyanların orta yaşının 77 olub və onların əksəriyyəti xərçəng xəstələri olub.
Hesabatda, həmçinin qeyd olunub ki, evtanaziya yolu ilə həyatına son qoyanların 96 faizi, Kanada əhalisinin 70 faizini təşkil edən ağdərili insanlar olub.
Bu proporsional fərqin səbəbi məlum deyil. İkinci böyük qrup 1,8 faizlə Şərqi Asiyalılar olub.
Şəbnəm Mehdizadə