"Elmas Klinik" məhkəməyə verilib

"Elmas Klinik" müqavilələrdən əmələ gələn öhdəliklərlə bağlı məhkəməyə verilib.

E-huquq.az-ın məlumatına görə, fiziki-kimyəvi laboratoriyaların avadanlıqlarla, reaktiv, reagentlər ilə təchiz olunması, servis xidməti və işçi kadrlarının hazırlanması üzrə ixtisaslaşmış “SEM-AZ” şirkəti Bakı Kommersiya Məhkəməsinə müraciət edərək klinikaya qarşı alqı-satqı müqaviləsi üzrə tələb irəli sürüb.

İddia hakim Kənan Hüseynovun sədrliyi ilə araşdırılacaq.

Şəbnəm Mehdizadə