- 14:06 | 12.12.2024
- Məhkəmə
Mərkəzi Bank “Hidroservis” MMC-yə cərimə yazıb.
E-huquq.az-ın məlumatına görə, şirkət valyuta tənzimi qaydalarının pozulmasında günahlandırılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati protokol tərtib olunub.
Protokol araşdırılması üçün Zaqatala Rayon Məhkəməsinə göndərilib. İşə hakim Zərifə Məmmədovanın sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, İXM-nin həmin maddəsində qeyd olunub ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.
Şəbnəm Mehdizadə