- 15:30 | 12.12.2024
- Dünya
Türkiyənin Konya şəhərində dələduzluqda şübhəli bilinən vəkil həbs olunub.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Konya Vəkil Bürosunun vəkili Musa D. hüquqlarını müdafiə etdiyi şəxsə işə baxan hakimlə səmimi münasibəti olduğunu və hakimə 100 min lirə rüşvət verərək onu həbsdən xilas edəcəyini bildirib.
Təqsirləndirilən şəxs vəkilin vədinə inanaraq həmin məbləği ona təqdim edib. Lakin barəsində ittihamedici hökm çıxarıldıqdan sonra vəkilin onu aldatdığını başa düşüb və məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.
Aparılan araşdırmalar nəticəsində sözügedən vəkil və bu işdə onunla əlbir olmaqda şübhəli bilinən köməkçisi həbs edilib.
Şəbnəm Mehdizadə