- 14:13 | 12.12.2024
- Məhkəmə
Tovuzda kütləvi dava zamanı iki nəfəri bıçaqlamaqda təqsirləndirilən Samir Səfərov və Canpolad Xanmirzəyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Abdulla Məmmədovun sədrliyi ilə araşdırılacaq cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının keçiriləcəyi vaxt hələlik məlum deyil.
Qeyd edək ki, hadisə bu ilin sentyabr ayının 5-də baş verib. Belə ki, 2000-ci il təvəllüdlü Samir Səfərov və 1988-ci il təvəllüdlü Canpolad Xanmirzəyev aralarında yaranmış şəxsi münasibətlər zəmnində Xalid Məmmədov və Aqil İsmayılova bıçaqla çoxsaylı bədən xəsarətləri yetiriblər. Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə