- 13:11 | 12.12.2024
- Siyasət
"Zəngəzur dəhlizinin açılması ilə bağlı Azərbaycan öz ərazisində işləri sürətlə həyata keçirir".
E-huquq.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.
Nazir bildirib ki, dəmir yolu tikintisinin böyük hissəsi artıq başa çatıb, digər hissəsi ilə bağlı işlər davam etdirilir.
"İranla əldə edilmiş razılığa əsasən, Araz çayı üzərində də körpü tikintisi davam edir. Azərbaycanın qərb ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında İran üzərindən marşrutun yerinə yetirilməsi üzrə işlər davam edir. Zəngəzur dəhlizinin açılması Ermənistanın öhdəliklərinin tam yerinə yetirilməsindən asılıdır, lakin bu məsələdə son müsbət qərar yoxdur", - deyə XİN başçısı qeyd edib.
Şəbnəm Mehdizadə