Emin Əmrullayev: "Məktəblərdə baş verən zorakılıq halları qanun çərçivəsində araşdırılır"

"Məktəblərdə 1,5 milyon şagird təhsil alır. Belə olan təqdirdə gün ərzində şagirdlər, müəllimlər və valideynlər arasında xoşagəlməz münaqişə tipli münasibətlərin olması qaçılmazdır. Çünki 1,5 milyon şagird və 200 minə yaxın müəllim və valideyndən danışırıq".


E-huquq.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.


O bildirib ki, baş vermiş zorakılıq halları qanun çərçivəsində araşdırılır: "Məsələdə cinayət tərkibi varsa, hüquq-mühafizə orqanlarına yönəldirik. Yox əgər tərbiyə məsələdirsə, valideynlərlə bunu həll etməyə çalışırıq".


Şəbnəm Mehdizadə