Əmək müqaviləsinə xitam verildikdən sonra işçi işəgötürən qarşısında hər hansı öhdəlik daşıyır?

İşçinin əmək müqaviləsinə xitam verildikdən sonra işəgötürən qarşısında hər hansı öhdəlik daşıması ilə bağlı məsələlər Əmək Məcəlləsinin 198-206-cı maddələri ilə tənzimlənir.

Yuxarıda qeyd edilən maddələr "tam maddi məsuliyyət müqaviləsi"ndən irəli gələn vəzifə və öhdəliklər aydın şəkildə izah edilib. İşçinin əmək müqaviləsinə xitam verilsə belə işəgötürən həmin işçinin vurduğu ziyanı aşkara çıxardıqdan sonra həmin işçi dəymiş ziyanı ödəməlidir. Dəymiş ziyan işçi tərəfindən könüllü ödənilmədikdə bu zaman işəgötürənin dəymiş ziyanı məhkəmə qaydasında tələb hüququ var. İşəgötürən dəymiş ziyanı məhkəmə qaydasında tələb etmək müddəti 1 ildir. Həmin müddətin axımı ziyanın aşkar edildiyi gündən hesablanır.

Yəni qısa olaraq desək işəgötürənin işçilərlə bağladığı "tam maddi məsuliyyət müqaviləsi"nin də qısa məzumunu işəgötürənə vurulan ziyanın ödənilməsini tənzimləməkdir.

Əsas: Əmək Məcəlləsinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər (296.5).

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2021-ci il tarixli şərhinə Fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan və məhkəmələr mübahisələrin həllində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsində müəyyən edilən iddia müddətlərini tətbiq edərkən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqeləri nəzərə almalıdırlar.

Rahim Abıyev

Hüquqşünas