- 12:59 | 07.01.2025
- Dünya
Yaponiya İvate əyalətindəki quşçuluq fermasında 50 min toyuq məhv edilib.
E-huquq.az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Yaponiya Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Məlumata görə, bu, cari mövsümdə ölkədə yüksək patogenli quş qripinin 19-cu epidemiyasıdır.
Nazirlik mövsümün əvvəlindən 11 əyalətdə təxminən 1,7 milyon quşun məhv edildiyini bildirib.
Əyalət rəsmisi Hiroşi Yoşida sözügedən fermaya 3 km yaxınlıqda yerləşən iki fermada 170 min quşun hərəkətinə məhdudiyyət qoyulduğunu açıqlayıb.
Ötən həftə İvate və Aiçi əyaltlərinin ayrı-ayrı fermalarında quş qripi infeksiyası təsdiqləndikdən sonra müvafiq olaraq 120,000 və 147,000 quş məhv edilib.
Dekabr ayında İbarakidə yerləşən fermada virusun yayılmasının qarşısını almaq üçün 1,1 milyondan çox quş öldürülüb.
Ətraf Mühit Nazirliyi virusun daha da yayılmasının qarşısını almaq müvafiq tədbirlər görüləcəyini açıqlayıb.
Şəbnəm Mehdizadə