- 12:26 | 07.01.2025
- Dünya
Çinin cənub-qərbində yerləşən Tibet Muxtar Rayonunda (TMR) baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 95 nəfərə çatıb.
E-huquq.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Məlumata görə, 130 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
***
Çinin Tibet bölgəsində baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb.
E-huquq.az xəbər verir ki, bu barədə Çinin dövlət mediası məlumat yayıb.
***
Çinin cənub-qərbində yerləşən Tibet Muxtar Rayonunda (TMR) güclü zəlzələ nəticəsində 32 nəfər ölüb, 38 nəfər yaralanıb.
E-huquq.az xəbər verir ki, bu barədə “Xinhua” məlumat yayıb.
Daha əvvəl ABŞ Geoloji Xidməti Nepal sərhədində TMR-də 7,1 bal gücündə zəlzələnin baş verdiyini bildirmişdi. Zəlzələnin episentri təxminən 80 min əhalisi olan Şiqadze şəhərindən 163 km cənub-qərbdə, ocağı isə 10 km dərinlikdə yerləşib.