- 14:10 | 07.01.2025
- Məhkəmə
"Eco Terra" MMC-yə cərimə protokolu yazılıb.
E-huquq.az xəbər verir ki, MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 233.1-ci (ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olması) maddəsi ilə inzibati protokol tərtib olunub.
Protokol baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib. İş hakim Elnurə Rəcəbovanın icraatına verilib.
Protokol təsdiq olunarsa, şirkət on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilə bilər.
Şəbnəm Mehdizadə