Yaponiyada 2024-cü il ən isti il kimi tarixə düşüb

Yaponiyada 2024-cü ildə orta temperatur rekord həddə çatıb.

E-huquq.az xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi (JMA) məlumat yayıb.

Məlumata görə, 2024-cü ildə ölkədə qeydə alınan orta temperatur 1898-ci ildən bəri ən yüksək səviyyəyə çatıb.

Müvafiq olaraq, 2024-cü ilin yanvar-dekabr dövründə orta temperatur 1991-2020-ci illərin orta göstəricisindən 1,48 dərəcə yüksək olaraq qeydə alınıb.

"Uzunmüddətli perspektivdə Yaponiyada havanın temperaturu hər əsrdə 1,4 dərəcə Selsi artır” – məlumatda bildirilib.

Ölkə üzrə qeydə alınan ən yüksək temperatur iyulun 29-da Toçiqi əyalətində 41 dərəcə olub.

Paytaxt Tokioda oktyabrın 19-da ən yüksək temperatur 30,1 dərəcəyə çatıb.

Şəbnəm Mehdizadə