Hərbi məktəbə tələbə düzəltmək adı ilə dələduzluq etməkdə ittiham olunan şəxsə hökm oxundu

Bakıda xeyli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Rüfət Mikayılovun ( ad-soyad şərtidir) cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, Nərimanov Rayon Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə hökm oixunub.

Hökmə əsasən, o, Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 3 il 6 ay azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Rüfət Mikayılov vətəndaşın oğlunu hərbi məktəbə tələbə kimi qəbul etdirəcəyini vəd verərək ondan 35 min manat istəyib. O, əvvəlcə pulun 17 min manatını alıb, qalan məbləği isə işlər tamamlandıqdan sonra, yəni qəbul imtahanlarının nəticələri məlum olduqdan sonra ona verməsini bildirib. Lakin imtahan nəticələri bəlli olduqdan sonra oğlunun qəbul olunmadığını görən zərərçəkmiş Rüfətə verdiyi pulu geri istəyib. Rüfət isə müxtəlif bəhanələr gətirərək pulu verməyib. Daha sonra o, 2700 manat pul qaytarsa da, qalan 14300 manat pulu qaytarmayıb. Bunda sonra onun barəsində polisə şikayət olunub. Cinayət işi məhkəmədə olarkən Rüfət zərərçəkmişə 2000 manat ödəyib. 

Şəbnəm Mehdizadə