Vətəndaş əlillik dərəcəsi ilə razı olmadıqda nə etməlidir?

Vətəndaş əlillik dərəcəsi ilə razı olmadıqda əlillik dərəcəsini təyin edən orqana yazılı müraciət etməlidir.

Agentliyin (Əlillik dərəcəsini təyin orqan) isə vətəndaşı əyani müayinəyə cəlb etməlidir. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 iş günü müddətində baxılmalıdır. Həmin Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir. Əgər vətəndaş əyani müayinə edildikdən sonra əlillik dərəcəsindən razı olmadıqda bu zaman məhkəməyə müraciət etmək hüququ var.

Müddətsiz əlilliyi olan şəxsləri bəzən yenidən müayinəyə cəlb edirlər. Bu qanunidirmi?

Müddətsiz əlillyi olan şəxsləri yenidən komissiyaya dəvət edib əlillik dərəcəsinin dayandırılmasını Nazirlər Kabinetinin 11 nömrəli qərarının 3.7-ci maddəsinə əsaslandırılmasını doğru hesab etmirəm. Çünki Həmin qərarın 3.7-ci maddəsi izah edir ki, vətəndaş əlillik dərəcəsi ilə razı olmadıqda bu zaman agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edilməsi üçün nəzərdə tutulub. Yəni anlayacağınız maddəni doğru tətbiq etmək lazımdır.

Əsaslandırma: Əlilliyin qiymətləndirilməsi Qaydasının təsdiq edilməsi və Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarının 3-cü (Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası) 3.7-ci maddəsi (Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir). 3.8-ci maddəsi (Agentliyin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir).

Rahim Abıyev

Hüquqşünas