Zərdabda oğurluq etməkdə təqsirləndirilən dəstə üzvləri hakim qarşısına çıxarılır

Zərdabda oğurluq etməkdə təqsirləndirilən Cavid Qafarov, Murad Nəbiyev və İsmayıl Namazlının cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Zərdab Rayon Məhkəməsinə göndərilib.

İş hakim İlqam Həsənquliyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Cavid Qafarov, Murad Nəbiyev və İsmayıl Namazlı rayon ərazisində yerləşən beş obyektdən oğurluq etməkdə təqsirləndirilirlər. Onlara qarşı Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə