- 14:23 | 09.10.2024
- Maarifləndirmə
Tutaq ki, siz mağazada çox və ya az dəyərli bir əşyanı sındırdız. Məsuliyyət məsələsi necə həll olunmalıdır"
İlk öncə qeyd edim ki, bu münasibətə Mülki Məcəllənin (bundan sonra MM) 152.10-cu (əmlakın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçisinin üzərinə düşür) maddəsini tətbiq etmək olmaz. Bu səhvdir, yanlış yanaşmadı, yanlış istiqamətləndirmədir.
MM-nin 152-ci maddəsi MM-nin 6-cı fəslində yerləşməklə mülkiyyət hüququnun ümumi müddəalarını tənzimləyir.
MM-nin 152.10-cu maddəsinə misal olaraq göstərmək olar: əgər mülkiyyətçi əmlakı başqa bir şəxsə kirayəyə veribsə və təbii fəlakət və ya başqa bir gözlənilməz hal nəticəsində əmlak məhv olarsa və ya zədələnərsə, bu risk mülkiyyətçiyə aiddir. Lakin qanun və ya müqavilə əsasında tərəflər arasında başqa bir razılaşma varsa, məsuliyyət fərqli şəkildə bölüşdürülə bilər.
MM-nin 571.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski müqaviləyə uyğun olaraq satıcının əşyanı alıcıya vermək vəzifəsini icra etmiş sayıldığı andan alıcıya keçir.
Qeyd edək ki, "təsadüfən" anlayışı həm qəsdin, həm də ehtiyatsızlıq halının olmamasını özündə ehtiva edir.
Maddənin dispozisiyasında “təsadüfən” “təsadüfən” sözündən istifadə olunmayıb. Əşyanın təsadüfən məhv olması özündə onu ehtiva edir ki, şəxs heç bir halda həmin “təsadüfən məhv olmanı” aradan qaldıra bilməz. Bu ehtiyatlılıqla bağlı məsələ deyil.
Məsələn, mağazada əşyanı götürdüz və ödənişin olunması üçün kassaya kimi gəldiz, ehtiyatsız davranışınızdan irəli gələrək (məsələn eyni anda bir əlində 4 ədəd limonadı aparmağa çalışmaq, supermarketdə şüşələr əlində qaçmaq və.s) əşyanı sındırdız. Bu zaman siz istinad edə bilməzsiz ki, mən kassada malın ödənişini edib, bu barədə qəbzi almamışam. Ona görə hələ risk alıcının üzərindədir.
Və ya əgər ticarət zalında malın zədələnməsinə Sizin "qeyri-təbii" davranışınız (qaçmaq, dava salmaq, alkoqol sərxoşluğu vəziyyətində olmaq və s.) səbəb olubsa, bu zaman da riskin satıcıda olması halına istinad etmək olmaz.
Misal üçün əgər mal rəfdə dayanıqsız şəkildə yerləşdirilibsə və bir bankanı götürərkən "bütün konstruksiya"nın dağılması nəticəsində mal/mallar sınarsa, bu zaman “əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi” halına istinad etmək olar.
Vüsal Cəfərov
Vəkillər Kollegiyasının üzvü