- 10:36 | 04.01.2025
- Dünya
Rusiyanın Sankt-Peterburq şəhərinin Pulkovo hava limanı uçuşların qəbulunu və göndərilməsini müvəqqəti dayandırıb.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin mətbuat xidməti məlumat yayıb.
“Mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün bu gün Moskva vaxtı ilə saat 07:45-dən etibarən Sankt-Peterburqun Pulkovo hava limanının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər qoyulub”, - məlumatda deyilir.
Bildirilir ki, aviadispetçerlər və hava limanının xidmətləri uçuşların təhlükəsizliyini təmin etmək üçün tədbirlər görür.