Nazir: "İşğaldan azad edilmiş ərazilərdə yeni məktəblərin tikintisi davam etdirilir"

"Hazırda Azərbaycanda təxminən 4400-ə yaxın məktəb var ki, onların böyük əksəriyəti son illərdə tikilib və təmir olunub".

E-huquq.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə,  proses davamlı olaraq həyata keçirilir: "Eyni zamanda işğaldan azad edilmiş ərazilərdə də yeni məktəblərin tikintisi davam etdirilir".

Şəbnəm Mehdizadə