Bakıda BOKT cərimələndi

Bank Olmayan Kredit Təşkilatı İDK cərimələnib.

E-huquq.az-ın məlumatına görə, BOKT barədə İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. İşə hakim Hafiz Kamranovun sədrliyi ilə baxılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələllk məlum deyil.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 347-ci madddəsinə əsasən, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

Şəbnəm Mehdizadə