Ülgüc üzünü kəsdiyinə görə şirkəti məhkəməyə verdi, 6 min dollar təzminat aldı

İngiltərənin paytaxtı Londonda bir nəfər ülgüc istehsal edən şirkəti məhkəməyə verib.

E-huquq.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Londonda yaşayn 48 yaşlı Nik Silverthorn ilk dəfə mağazadan aldığı ülgücdən istifadə edib. Lakin onun üzünün hər iki tərəfi kəsilib.

Ülgücün bıçaqlarının nasaz olduğunu iddia edən şəxs məhkəməyə müraciət edərək təzminatla bağlı iddia qaldırıb.

Onun iddiası təmin olunub və məhkəmənin qərarı ilə Silverthorna 6650 dollar təzminat ödənilib.

Şəbnəm Mehdizadə