- 10:41 | 15.01.2025
- Dünya
Fransada doğum səviyyəsi İkinci Dünya Müharibəsindən bəri ən aşağı səviyyəyə düşüb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Fransa Milli Statistika və İqtisadi Araşdırmalar İnstitutunun (INSEE) məlumatında bildirilib.
Məlumata görə, ölkə əhalisi 2024-cü ildə əvvəlki ilə nisbətən 0,25 faiz artaraq 68,6 milyon nəfərə çatıb.
Ötən il Fransada 663 min uşaq doğulduğu halda, 2023-cü illə müqayisədə doğulanların sayında 2,2 faiz azalma olub. Ötən il İkinci Dünya Müharibəsindən bəri ən aşağı doğum səviyyəsi qeydə alınıb.
Digər tərəfdən, Fransada 2024-cü ildə ölənlərin sayı bir əvvəlki ilə görə 1,1 faiz artaraq 646 min nəfər olub. Bundan əlavə, 2024-cü ildə ölkədə 247 min nikah qeydə alınıb ki, bu da əvvəlki ilə nisbətən 2 faiz artım deməkdir.
Şəbnəm Mehdizadə