- 11:03 | 15.01.2025
- Dünya
Haitidə silahlı qruplaşmaların hücumları səbəbindən 1 milyondan çox insan didərgin düşüb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) sözçüsü Kennedi Okoz Omondi bildirib.
O, artan zorakılıq hallarına görə ölkədə1 milyon 41 min insanın məcburi köçkün olduğunu bildirib. 2023-cü ilin dekabr ayında bu rəqəmin 315 min olduğunu xatırladıb.
Omondi ölkədə səhiyyə kimi təməl xidmətlərin çökməsi və qida təhlükəsizliyinin pisləşməsi səbəbindən evlərindən didəgrgin düşənlərinin sayının təxminən iki dəfə artdığını qeyd edib. Təhlükəsizliyin və digər təcili ehtiyacların təmin edilməsinin vacibliyini vurğulayıb.
Omondi, 2023-cü ilin dekabr ayında Haitidə köçkünlərin sayının 315 min olduğunu xatırladaraq, "Əlimizdə olan ən konkret məlumat budur ki, hazırda Haitidə köçkün olaraq tam olaraq 1 milyon 41 min insan yaşayır. Bu insanların əksəriyyəti bir dəfədən çox məcburi köçkün edilmişdir." " dedi.
Onun sözlərinə görə evlərini tərk etmək məcburirrəyində qalanların əksəriyyəti paytaxt Port-au-Prinsdə yaşayanlar olub.
Xatırladaq ki, 2024-cü ildə Haitidə silahlı dəstələrin hücumları nəticəsində 5000-dən çox insan həlak olub. İllərdir siyasi, iqtisadi və təhlükəsizlik böhranları ilə mübarizə aparan və 11 milyondan çox əhalisi olan Haiti aclıq təhlükəsi ilə üz-üzədir. Silahlı dəstələrin paytaxtın 80 faizinə nəzarət etdiyi ölkədə zorakılıq halları artmaqdadır.
Şəbnəm Mehdizadə