Türkiyədə 2 avtobus toqquşub, 35 nəfər yaralanıb

Türkiyənin Manisa şəhərində ağır yol qəzasında 35 nəfər yaralanıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Manisanın Akhisar rayonunda fəhlələri daşıyan 2 xidməti avtobus toqquşub.

Fəhlələrdən bəziləri avtobuslarda sıxılmış vəziyyətdə qalıb. Hadisə yerinə təcili yardım, xilasetmə, polis və jandarma qrupları cəlb edilib. Köməksiz vəziyyətdə qalan fəhlələr nəqliyyat vasitəsindən çıxarılıb.

Qəzada yaralanan 35 nəfər ətrafdakı xəstəxanalara aparılıb. Onların həyati təhlükəsinin olmadığı bildirilib.

Bir müddət sonra magistral yolda nəqliyyatın hərəkəti bərpa edilib.

Şəbnəm Mehdizadə