İzmir sahillərində 45 qanunsuz miqrant xilas edilib

Türkiyənin İzmir şəhərində 45 qanunsuz miqrant xilas edilib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə məlumat Sahil Mühafizə Komandanlığının internet saytında yer alıb.

Məlumata görə, İzmirin Çeşmə sahillərində mühərriki xarab olan rezin qayıqda olan 45 qeyri-qanuni mühacir xilas edilərək sahilə çıxarılıb.

Komandalar Çeşmə sahillərində dayandırdığı digər bir qayıqda isə 31 qanunsuz miqrant saxlanılıb.

Qeyri-qanuni miqrantlar Miqrasiya İdarəsinə göndərilib.

Şəbnəm Mehdizadə