- 17:08 | 09.08.2024
- Digər
Ədliyyə Nazirliyi sabiq deputat Hüseyn Abdullayevin vəziyyətini açıqlayıb.
E-huquq.az xəbər verir ki, bu barədə nazirlikdən bildirilib.
Məlumata görə, o, bu ilin iki avqust tarixində ürək nahiyəsində olan narahatçılıqla bağlı Bakı istintaq təcridxanasının tibb sanitariya hissəsinə müraciət edib:
"Həkim-kardioloq tərəfindən müayinə aparılıb, həmçinin, ürəyin elektrokardioqrafiyası, daha sonra isə exokardioqrafiyası müayinəsi nəticələrinə əsasən miokard infarkt keçirməsi təsdiqlənməyib. H.Abdullayevin səhhəti həkim nəzarətindədir."