- 13:15 | 15.01.2025
- Dünya
Türkiyənin İzmir şəhərində FETÖ terror təşkilatına qarşı keçirilən əməliyyatda 17 nəfər saxlanılıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İzmir Respublika Prokurorluğunun Terror Cinayətləri İstintaq Bürosu tərəfindən FETÖ/PDY silahlı terror təşkilatına qarşı aparılan araşdırmalar çərçivəsində, istintaqda adları hallanan və sosial media platformalarında təşkilatın lideri barədə müsbət paylaşımlar etdiyi üzə çıxan 18 şübhəli haqqında həbs qətimkan tədbiri seçilib.
Polis tərəfindən həyata keçirilən əməliyyatda onlardan 17 şübhəli şəxs tutulub.
Şübhəlilərin ünvanlarında aparılan axtarışlar zamanı çoxlu sayda rəqəmsal material ələ keçirilib.
Digər şübhəlinin tutulması istiqamətində işlər davam etdirilir.
Şəbnəm Mehdizadə