- 14:50 | 15.01.2025
- Məhkəmə
Külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Rəşad Mirişlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bu barədə e-huquq.az-a təqsirləndirilən şəxsin vəkili Elşad İsayev məlumat verib.
E.İsayev deyib ki, Mirişli Rəşad Firudin oğlu qanunsuz və əsassız olaraq Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilib. Daha sonra iş Sumqayıt Ağır Cinayətlər Məhkənəsinə göndərilib. Məhkəmənin hazırlıq iclasında müdafiə tərəfinin vəsatəti əsasında Cinayət Məcəlləsinin 318-ci maddəsinə əsasən iş prokurluğa geri qaytarılıb və məhkəmə tərəfindən xüsusi qərar çıxarılıb. Buna baxmayaraq, Abşeron Rayon Prokurorluğu işi yenidən məhkəməyə göndərib.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən, R.Mirişlinin təqsirsizliyi sübuta yetirildiyindən onun barəsində bəraət hökmü çıxarılıb və məhkəmə zalından azadlığa buraxılıb.
Vəkil bildirib ki, məhkəmənin hökmü ilə kobud qanun pozuntusuna görə ibtidai istintaq orqanı barəsində xüsusi qərar qəbul edilib.
Şəbnəm Mehdizadə