- 13:34 | 15.01.2025
- Dünya
Tanzaniyada Marburq virusundan 8 nəfər ölüb.
E-huquq.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
Məlumatda Tanzaniyanın Kagera bölgəsində başlayan ölümcül virusunun ölkədə daha geniş yayıla biləcəyi barədə xəbərdarlıq edilib.
ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus da "X" sosial media platformasındakı paylaşımında yaxın günlərdə yoluxma hallarının arta biləcəyi barədə xəbərdarlıq edib.
O deyib ki, ÜST Tanzaniya hökumətinə yardımını təklif edib.
Ghebreyesus, qonşu ölkələrin bu kimi hallara qarşı hazırlıqlı olmalarının vacibliyinə diqqət çəkib və risk altında olan ölkələrə Tanzaniya ilə səyahət və ticarəti məhdudlaşdırmağı tövsiyə edib.
Qeyd edək ki, Marburq virusunda ölüm nisbəti 88 faizə qədərdir. Yarasalardan insanlara keçən virus yoluxmuş insanlarla təmas zamanı yayılır.
Simptomlara qızdırma, əzələ ağrıları, ishal, qusma və bəzi hallarda həddindən artıq qan itkisi daxildir. ÜST virusa qarşı xüsusi müalicə və ya peyvəndin olmadığını açıqlayıb.
Şəbnəm Mehdizadə