İstanbulda saxta spirtli içkidən ölənlərin sayı 19-a çatdı

Türkiyənin İstanbul şəhərində son 72 saatda saxta spirtli içki səbəbiylə xəstəxanalara 65 nəfər müraciət edib. 

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, saxta spirtli içkidən zəhərlənən xəstələrdən 19-u dünyasını dəyişib.

Müalicəsi başa çatan 3 nəfər evə buraxılıb, 43 nəfərin müalicəsi davam etdirilir.

Qeyd edək ki, daha əvvəl saxta spirtli içkidən 11 nəfərin öldüyü barədə məlumat verilmişdi.

Şəbnəm Mehdizadə