Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi 81 min manatlıq sifariş verdi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin inzibati binanın cari təmiri işlərinin satın alınması ilə bağlı elan etdiyi tenderə yekun vurulub.

E-huquq.az xəbər verir ki, tenderin qalibi "One Solution" MMC olub.

Məlumata görə, qalib şirkətə 80.994,95 manat vəsait ödəniləcək.

Şəbnəm Mehdizadə