- 17:35 | 06.08.2024
- Məhkəmə
Lənkəranda evdən oğurluq etməkdə təqsirləndirilən Elşən Mirzəzadə, Rahim Əkbərov və Rövşən Nuruşovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilib.
Hakim Anar Pənahovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası avqustun 21-nə təyin olunub.
Qeyd edək ki, təqsirləndirilən Elşən Mirzəzadə, Rahim Əkbərov və Rövşən Nuruşov Liman şəhəri ərazisində yerləşən evlərin birindən 8 min ABŞ dolları və 930 min rus rublunun oğurlamaqda təqsirləndirilirlər. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə