Meloni İtaliya sayəsində Avropaya qeyri-qanuni miqrant axınının azaldığını bildirib

"Ötən il Avropaya qeyri-qanuni miqrant gəlişlərinin azalmasında İtaliyanın gördüyü tədbirlər rol oynayıb".

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bunu İtaliyanın Baş naziri Corciya Meloni deyib. 

Meloni qanunsuz miqrant axınlarının 2021-ci ildən bəri ən aşağı səviyyəyə düşdüyünü deyib: "Bu azalma, xüsusilə Tunis və Liviyadan gələnlərinin sayının kəskin azalmasıyla Mərkəzi Aralıq dənizi marşrutuna girişlərin əhəmiyyətli dərəcədə azalması ilə əlaqədardır. Bu, şübhəsiz ki, İtaliyanın gördüyü tədbirlərin nəticəsidir.

"Eyni şəkildə, Aİ-yə digər marşrutlardan qeyri-qanuni girişlərin ümumi azalması da hökumətimizin son illərdə başladığı işin nəticəsidir və əla nəticələr verməkdədir", - Meloni bildirib. 

İtaliya Daxili İşlər Nazirliyindən verilən məlumata görə, ölkəyə dəniz yolu vasitəsilə gələn qeyri-qanuni mühacirlərin sayı 2023-cü ildə 157 651 nəfər olduğu halda, 2024-cü ildə bu rəqəm 66 617 nəfərə enib.

 Avropa Sərhəd və Sahil Mühafizəsi Agentliyinin ("Frontex") açıqlamasına görə, 2024-cü ildə Aİ ölkələrinə qeyri-qanuni girişlərin kəskin şəkildə azalıb və bu rəqəm 239 min olub. 

Ümumi saydakı azalma "Mərkəzi Aralıq dənizi" marşrutu (Tunis və Liviya) ilə gələnlərin 59 faiz, "Qərbi Balkan”" marşrutu ilə gələnlərin isə 78 faiz azalması ilə əlaqədardır.

Şəbnəm Mehdizadə