- 11:18 | 15.01.2025
- Dünya
Türkiyənin İstanbul şəhərində saxta spirtli içkilərdən istifadə etməsi nəticəsində 11 nəfər ölüb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İstanbulun Bakırköy adlı ərazisində bir nəfərin spirtli içki qəbul etdikdən sonra halı pisləşib.
Xəstəxanaya aparılan şəxsin həyatını xilas etmək mümkün olmayıb.
Başakşehirdə 3 Türkmənistan əsilli şəxs saxta spirtli içkidən ölüb.
Ümumilikdə son 24 saat ərzində İstanbulda saxta içkidən ölənlərin sayı 11 nəfər olub.
Yeni qaydalara əsasən sertifikatı olmayan və qanunsuz şəkildə spirtli içki satışını həyata keçirən müəssisələrin lisenziyası əlindən alınacaq.
Şəbnəm Mehdizadə