ATƏT-in yeni sədri Kiyevdə Zelenski ilə görüşdü

Finlandiyanın xarici işlər naziri Elina Valtonen ATƏT-in yeni sədri kimi Kiyevə səfər edib.

E-huquq.az xəbər verir ki, bu barədə Finlandiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Bu, Valtonenin ATƏT sədri kimi ilk xarici səfəri idi”, - məlumatda deyilir.

Bildirilir ki, səfər çərçivəsində ATƏT sədri ölkə Prezidenti Volodimir Zelenski, Ukraynanın Baş naziri Denis Şmıhal, xarici işlər naziri Andriy Sıbiqa və parlamentin spikeri Ruslan Stefançukla görüşüb.