- 13:15 | 09.01.2025
- Məhkəmə
Dələduzluqda ittiham olunan ictimai fəal Rail Abbasovun cinayət işi üzrə məhkəmə prosesi tamamlanıb.
E-huquq.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Hökmə əsasən, Rail Abbasov verilmiş ittihamla təqsirli bilinərək 6 il 6 ay azadlıqdan məhrum edilib.
Qeyd edək ki, R.Abbasov 2023-cü ilin sentyabrında həbs edilmişdi. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunurdu. İstintaq orqanı ictimai fəalı ev alqı-satqısı zamanı dələduzluqda günahlandırırdı.