Əcnəbiyə qarşı soyğunçuluqda şübhəli bilinən vəkil həbs edildi

Türkiyədə Suriya vətəndaşına qarşı soyğunçuluq etməkdə şübhəli bilinən 5 nəfər saxlanılıb.

E-huquq.az "Hukuki Haber"ə istinadən xəbər verir ki, həmin şəxslərdən 1-i vəkil, 3-ü polis əməkdaşı, 1 nəfəri isə sürücüdür.

Onların İstanbulda Suriya vətəndaşının avtomobilini saxlayaraq çantasından külli miqdarda pul götürdükləri iddia olunur.

Onlara qarşı Türkiyə Cinayət Məcəlləsinin 149-cu maddəsi ilə ittiham irəli sürülüb. Bu cinayət kiminsə əmlakını zorla və ya hədə-qorxu ilə ələ keçirməyi nəzərdə tutur və ağır cəzaya səbəb olur. Təqsirləndirilən şəxslər dövlət məmuru olduqları üçün onları daha ağır cəza gözləyir.

Şəbnəm Mehdizadə