- 13:31 | 09.01.2025
- Dünya
Türkiyədə hakimliyə qəbul imtanından kəsilən gənc vəkil intihar edib.
E-huquq.az "Hukuki Haber"ə istinadən xəbər verir ki, İstanbul Vəkillər Kollegiyasının üzvü olan vəkil Mert Akdoğan hakimliyə qəbul imtanının ilkin mərhələsində yüksək bal alsa da, müsahibə mərhələsindən keçə bilməyib. Yaxınlarının sözlərinə görə, gənc vəkil bunu özünə qarşı haqsızlıq kimi qəbul edib və dərin sarsıntı keçirib. Bu səbəbdən də həyatına son qoyub.
Məlumata görə, Akdoğan vəkillik lisenziyasını ötən ilin avqustunda alıb.
Şəbnəm Mehdizadə