- 14:28 | 09.01.2025
- Dünya
Türkiyənin paytaxtı Ankara şəhərində tikinti zamanı çökmə baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Ankaranın Polatlı səmtində yerləşən binanın kanalizasiya xəttinin tikintisi zamanı çökmə baş verib.
Qəza yerinə təcili tibbi yardım, polis və xilasetmə qrupları cəlb edilib.
Hadisə nəticəsində 1 fəhlə həyatını itirib. İtkin düşən digər fəhlənin atxarış-xilasetmə işləri davam etdirilir.
Şəbnəm Mehdizadə