Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 5 nəfər yaralanıb

Türkiyənin Ordu şəhərində ağır yol qəzası baş verib.


E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Ordunun Fatsa rayonunda avtomobil piyadanı vurub.


Zərbənin təsirindən idarəetmədən çıxan avtomobil qarşı zolaqda hərəkətdə olan digər nəqliyyat vasitəsilə toqquşub.

Nəticədə 2 nəfər ölüb, 5 nəfər ağır yaralanıb.

Hadisə yerinə təcili tibbi yardım və polis qrupları cəlb edilib.

Yaralılar Fatsa Dövlət Xəstəxanasına aparılıb.

Şəbnəm Mehdizadə