Şolz ABŞ-nin Qrenlandiya və Panama kanalı ilə bağlı bəyanatlarını şərh etdi

ABŞ-nin Qrenlandiya və Panama kanalı ilə bağlı son bəyanatları Almaniyanın avropalı tərəfdaşlarında çaşqınlıq yaradıb.

E-huquq.az xəbər verir ki, bunu ölkənin hökümət başçısı Olaf Şolz jurnalistlərə açıqlamasında deyib.

“Cari hadisələrlə əlaqədar mən nahar vaxtı bir sıra Avropa dövlət və hökumət başçıları və Avropa Şurasının prezidenti ilə fikir mübadiləsi apardım. Sərhədlərin toxunulmazlığı beynəlxalq hüququn təməl prinsiplərindən biridir”, - kansler vurğulayıb.