2024-cü ildə dünya ən isti ili yaşadı

2024-cü il ən isti il kimi tarixə düşüb.


E-huquq.az xəbər verir ki, bu barədə Avropa Birliyinin (AB) Copernicus peyk izləmə sistemi məlumat yayıb.

Məlumata görə, ötən il 1850-ci ildən bəri aid qlobal temperatur rekordlarında ən isti il olub.

Belə ki, qlobal orta temperatur 15,10 dərəcə 1991-2020-ci illərin orta göstəricisindən 0,72 dərəcə, əvvəlki ən isti il olan 2023-cü ildən isə 0,12 dərəcə yüksək olub.


Beləliklə, 2024-cü il 1850-1900-cü illəri əhatə edən "sənayedən əvvəlki dövr"ün orta göstəricisini 1,5 dərəcə üstələyən ilk il oldu.

Keçən ilin yanvar ayından iyun ayına qədər hər ay əvvəlki ilin eyni ayına nisbətən daha isti olub.

2024-cü ilin yayı həm də tarixdə ən isti yay olub.

Şəbnəm Mehdizadə