- 12:59 | 08.01.2025
- Dünya
Türkiyədə yeni qurum yaradılıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Fərmanı ilə Kibertəhlükəsizlik İdarəsi yaradılıb.
Prezident Administrasiyasına tabe olan İdarənin iqamətgahı paytaxt Ankarada yerləşəcək.
İdarə kibertəhlükəsizliyin təmin edilməsi məqsədilə hədəfləri müəyyən edəcək, fəaliyyət planları hazırlayacaq, qanunvericilik araşdırmaları aparacaq, müvafiq fəaliyyətlərin əlaqələndirilməsini təmin edəcək, kibertəhlükəsizliklə bağlı maarifləndirmə, təlim tədbirlərini həyata keçirəcək, kibertəhlükəsizlik və informasiya təhlükəsizliyini dəstəkləyən layihələr həyata keçirəcək, bu sahədə ictimaiyyət, özəl sektor və universitetlər arasında əməkdaşlığın artırılması istiqamətində işlər görəcək.
Şəbnəm Mehdizadə