- 11:20 | 12.12.2024
- Sosial
"Saxta diplomlu həkimlərlə bağlı bir ildən çoxdur ki, nazirliyə şikayətlər və müraciətlər daxil olur".
E-huquq.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib.
Onun sözlərinə görə, bunun bağlı səhiyyə nazirinin əmri ilə xüsusi işçi qrupu yaradılıb. "Nazirliyin aidiyyəti qurumları ilə birgə araşdırmalar aparılıb. Araşdırmalar nəticəsində heç bir tibbi təhsili olmayan insanların sosial media vasitəsilə vətəndaşlara yalnış məlumat verərək müalicəyə cəlb etidiyi müəyyən edilib. Məlum olub ki, onlar müraciət edənlərə saxta müalicə üsulları yazılır.
Nazir bildirib ki, aşkarlanan cinayət tərkibli əməllərlə bağlı toplanmış ilkin materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib: "Bununla əlaqədar Baş Prokurorluq və Səhiyə Nazirliyinin birgə işçi qrupu yaradılıb".
Şəbnəm Mehdizadə