- 11:01 | 12.12.2024
- Sosial
"Azərbaycanda erkən nikahların qarşısını almaq üçün müvafiq addımlar atılır".
E-huquq.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.
"Biz Komitə olaraq öz fəaliyyət istiqamətimizə uyğun şəkildə bu ağrılı problemlə mübarizə aparmaqdayıq. Bunun üçün çoxtərəfli və əlaqələndirilmiş mübarizə vacibdir. İctimaiyyətin və medianın rolunu burada xüsusi olaraq qeyd etmək istəyirəm. Media bu məsələni daim diqqətdə saxlayır", - deyə o bildirib.
Komitə sədri qeyd edib ki, qanunverici baza təkmilləşdirməkdədir: "Qanunvericilikdə erkən nikahlarla bağlı problem yaradan məqamları aradan qaldırmışıq. Erkən nikahlarla bağlı heç bir istisna və güzəşt yoxdur"
Şəbnəm Mehdizadə