- 10:20 | 12.12.2024
- Məhkəmə
"AL Market" MMC yanğın təhlükəsizliyi qaydalarını pozmaqda günahlandırılır.
E-huquq.az-ın məlumatına görə, müvafiq qurum tərəfindən marketlər şəbəkəsi barədə İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə inzibati protokol tərtib olunub.
Protokol Şəmkir Rayon Məhkəməsinə göndərilib və iş hakim Həvayət Məhəmmədinin icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının nə zaman baş tutacağı məlum deyil.
Məlumat üçün bildirək ki, bu xətaya görə, yəni yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə "AL Market" üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilə bilər.
Şəbnəm Mehdizadə