Nigeriyada 6 nəfər qida zəhərlənməsindən ölüb

Nigeriyanın Kogi əyalətində 6 nəfər qidadan zəhərlənərək ölüb.

E-huquq.az yerli mətbuata istinadən xəbər verir ki, Kogi əyalətində evdə yemək yeyən 8 nəfərin bir müddət sonra halı pisləşib.

Həmin şəxslərdən 6-sı evdə dünyasını dəyişib.

Digər 2 nəfər isə qusma və qarın ağrısı şikayətləri ilə xəstəxanaya müraciət edib.

Hadisənin araşdırılması məqsədilə qida nümunələri götürülərək laboratiyaya göndərilib.

Şəbnəm Mehdizadə