- 14:38 | 10.01.2025
- Siyasət
7 yanvar tarixindən etibarən Los-Anceles şəhərinin qərbində başlamış yanğınlarla əlaqədar, Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə ölkəmizin Los-Ancelesdəki Baş Konsulluğu tərəfindən müvafiq iş aparılır.
Bu barədə e-huquq.az-ın sorğusuna cavab olaraq Azərbaycan XİN-in mətbuat katibi Ayxan Hacızadə bildirib.
“Belə ki, Baş Konsulluğumuza məxsus sosial media hesablarında (https://x.com/azconsulatela/status/1876908935355007248?s=46, https://www.facebook.com/azconsulatela) xəbərdarlıq elanı və təcili əlaqə nömrəsi (+13109234540) yerləşdirilib.
Həmçinin vətəndaşların yanğınlarla bağlı məlumat əldə etmələri və təhlükəsizlik təlimatı ilə tanış olmaları üçün müvafiq internet səhifəsinə keçid linki paylaşılıb (lafd.org/alerts).
Əlavə olaraq, Baş Konsulluğun yerləşdiyi binanın müvəqqəti olaraq evakuasiya edilməsinə baxmayaraq, distant qaydada Baş Konsulluğun fəaliyyəti davam edir, hadisələrin gedişatı izlənilir və vətəndaşlarla əlaqə kanalları daim açıq saxlanılır” -XİN rəsmisi qeyd edib.