Bakıda 61 yaşlı qadının ölümündə təqsirləndirilən avtobus sürücüsünə hökm oxundu

Suraxanıda piyadanın ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Vasif Bağırovun cinayət işi üzrə məhkəmə başa çatıb.

E-huquq.az-ın məlumatına görə, Suraxanı Rayon Məhkəıməsində hakim Nərminə Rzayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, V.Bağırov 3 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin yanvraında Zığ-Hövsan şosesində qeydə alınıb. Belə ki, Vasif Bağırov idarə etdiyi "Daewoo BS 090" markalı sərnişin avtobusu ilə Zığ qəsəbəsi istiqamətində hərəkətdə olan zaman yolu keçmək istəyən piyada, 1963-cü il təvəllüdlü Qəmər Bəbir qızı Muradovanı vurub. Q.Muradova aldığı xəsarətlərdən hadisə yerində ölüb. V.Bağırova qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə