Məhkəmə keçmiş arvadını döyməkdə təqsirləndirlən şəxslə bağlı qərar verdi

Bakıda keçmiş həyat yoldaşını döyməkdə təqsirləndirilən Vaqif Tağıyev (ad-soyad şərtidir) cinayət işi üzrə məhkəm ə prosesi başa çatıb.

E-huquq.az-ın məlumatına görə, Sabunçu Rayon Məhkəməsində hakim Teymur Həsənovun sədrliyi ilə keçirilən sonuncu prosesdə hökm oxunub.

Hökmə əsasən, V.Tağıyev Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək aylıq qazancından 15% dövlət nəfinə pul tutulmaqla 1 il müddətə islah işləri cəzasına məhkum edilib.

Qeyd edək ki, V.Tağıyev aralarında yaranmış mübahisə zəmnində keçmiş həyat yoldaşı Çinarəni döyüb. Məlum olub ki, cütlük 2026-cı ildə ailə həyatı qurub. Onların bu evlilikdən 2 övladları dünyaya gəlib. Çütlük 2021-ci ildə rəsmi şəkildə boşanıb. Lakin 2024-cü ildə tərəflər barışaraq yenidən nikaha daxil olmaq qərarına gəliblər. Odur ki, Çinarə həyat yoldaşının yaşadığı ünvana köçüb. Bir müddət sonra Çinarə Vaqifin telefonda digər qızlarla danışdığını görüb və aralarında mübahisə yaranıb. Mübahisə zamanı Vaqif əsəbləşib onu döyüb. Qadın döyülməsi barədə dərhal polisə məlumat verib.

Şəbnəm Mehdizadə